10 
iyl
2023
11:53
150

TƏBİB toyda zəhərlənənlərlə bağlı məlumat yaydı

10 iyl, 2023
11:53
150

TƏBİB toyda zəhərlənənlərlə bağlı məlumat yaydı

Ağcabədi rayonunda qida zəhərlənməsi şübhəsi ilə TƏBİB-in tabeliyindəki Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə iyulun 9-u saat 15:33 radələrindən başlayaraq ümumilikdə 34 nəfər (11-i uşaq olmaqla) yerləşdirilib.

Den.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Onlara qida toksiki infeksiyası diaqnozu qoyulub və hər birinə zəruri tibbi xidmətlər göstərilib.
İyulun 9-dan aparılmış zəruri tibbi müayinə və müalicə tədbirlərindən sonra xəstəxana şəraitində müalicəyə ehtiyac qalmadığından müraciət edənlərdən 33 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində 1 nəfərin müalicəsi davam etdirilir. Vəziyyəti orta ağırdır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar