10 
iyl
2023
19:17
437

Çörəyin qiyməti ilə bağlı ŞAD XƏBƏR

10 iyl, 2023
19:17
437

Çörəyin qiyməti ilə bağlı ŞAD XƏBƏR

İyun ayının sonuna olan məlumata görə qiymət 2,1 % ucuzlaşıb.

Den.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

Onun sözlərinə görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 24% ucuzlaşma deməkdir.


"Taxıl qiymətlərinin içində budanın da ucuzlaşması qeydə alınır. İyun ayına olan məlumata görə buğdanın qiyməti 1,3% ucuzlaşıb. Bunun əsas səbəblərindən biri Amerikanın bəzi ştatlarında məhsuldarlığın yüksək olacağı gözlənilir. Bununla yanaşı Rusiyada məhsuldarlıq bol olub. Rusiya buğda bolluğuna görə, ixrac vergisini də azaldıb."

Ekspertin sözlərinə görə, bütün bunlar ölkəmizdə unun qiymətinə bir neçə ay sonra ucuzlaşmasına təsir göstərə bilər.

"Bu ucuzlaşma 6-9 ay sonra mümkün ola bilər. Çünki un işi ilə məşğul olan sahibkarlar un ehtiyyatlarını öncədən formalaşdırırlar. Hazırda da biz unun qiymətlərində az da olsa ucuzlaşmasını müşahidə edirik. Çünki unun maya dəyərinin 95%-i buğdadır. Belə olduqda da buğdanın qiymətinin ucuzlaşması unun qiymətinə də təsir edir. Lakin unun ucuzlaşması çörəyin qiymətinə təsir etməsi müəyyən qədər vaxt alır. Undakı ucuzlaşmanı çörəyin qiymətində görmürük. Bunun da öz səbəbləri var. Çörəkdə xərclərin infrastrukturu fərqli olur. Çörək istehsalında xammal xərclərinin 45-50%-i unla əlaqədardısa digər xərcləri işçilər, daşıma, saxlama, kommunal xərclərdir ki, bunlar ucuzlaşmadığından çörəyə çox da təsir etmir. Un qiymətlərinin çörəyin qiymətlərinə təsirini biz bir halda görə bilərik ki, "taxıl dəhlizi" haqqında iyulun 17-də bitəcək razılaşmanın uzadılacağına dair vəziyyətdən aslıdır", - deyə X.Kərimli bildirib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar