11 
iyl
2023
19:12
293

Xalq artistinin qızı olduğunu sənədlə SÜBUT ETDİ – FOTOFAKT

11 iyl, 2023
19:12
293

Xalq artistinin qızı olduğunu sənədlə SÜBUT ETDİ – FOTOFAKT

Aktrisa və aparıcı Kəmalə Quliyevanın xalq artisti Nurəddin Mehdixanlının qızı olması ilə bağlı xəbər vermişdik.

Den.az xəbər verir ki, Kəmalə açıqlamasında atasının onu bu sənətdə görmək istəmədiyini bildirmişdi.
Xəbərin ardından Nurəddin Mehdixanlı açıqlama verərək, Kəmalə Quliyeva adlı qızının olmadığını, aralarında qohumluq bağının belə hökm sürmədiyini iddia etmişdi.

Aparıcı əməkdaşımıza N.Mehdixanlının qızı olduğunu sənədlərlə sübut edəcəyini bildirib:

“Atam varlığımı danır. İnsanlar məni yalançı kimi tanıyır. Özümü bu yolla reklam etdiyimi düşünürlər. Hər zaman işimlə tanınmaq istəmişəm. Bu mövzunu qabartmağı ağlımdan belə keçirməmişəm.

Onsuz tanıyan bilir ki, həqiqətən də onun qızıyam. Atamın məni inkar etməsi səhv oldu. Şou-biznesə qatılmaq niyyətim olmayıb.
Mənim əlimdə onun qızı olmağımla bağlı sənədlərim var. Bununla bütün söz-söhbətə son qoyacam. Bu sənəd sübut edir ki, mən Nurəddin Mehdixanlının qızıyam”. (Axşam.az)


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar