Xəbərin Kateqoriyası: İdman

Çempionun Albaniya sınağı

Bu gün start götürən Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlarına sabah yekun vurulacaq.

Den.Az-ın apasport.az saytına istinadən verdiyi xəbərə verir ki, Azərbaycan çempionu "Qarabağ" mərhələnin ikinci günündə meydana çıxacaq.

Ağdam klubu Albaniyanın "Kukesi" komandası ilə görüşəcək. Qurban Qurbanovun yetirmələri ilk sınağına səfərdə çıxacaq. Təmsilçimiz gələn həftə keçiriləcək cavab matçı öncəsi sərfəli nəticə qazanmağa çalışacaq.

İlk raundda Sloveniya "Olimpiya"sını qol buraxmadan (1:0, 0:0) keçən "Qarabağ" yenilənmiş heyəti ilə son illərin uğurlarını təkrarlamaq iddiasındadı. Ardıcıl 4 dəfə avrokubokların qrupuna düşən çempionumuz 3 dəfə Avropa Liqası, ötən il Çempionlar Liqasına əsas raunda yüksəlib.

Eyni uğura doğru daha bir addım atmaq üçün Qurbanovun yetirmələri Albaniya səddini adlamalıdı. Düzdü, indiyədək Azərbaycan klubları bu ölkədən olan rəqiblərini məğlub etməyib. "Neftçi"nin "Skenderbeu" səddini ilişdiyi, "İnter"in səfər qolu ilə "Laçi"ni keçdiyi duellərdə qələbə qeydə alınmayıb. Bu duellərdə ilkə iddialı olan "Qarabağ" yoluna Çempionlar Liqasında davam etməyə köklənib.

I təsnifat mərhələsində "Valletta"nı çətinliklə keçən (0:0, 1:1) "Kukesi" qitənin ən nüfuzlu turnirinə çempion kimi qatılmayan komandadı. Albaniya çempionu "Skenderbeu"nun avrokuboklara buraxılmaması "Kukesi"nin turnirə yolunu açıb.

Bu duelin qalibi turu təkcə qələbə deyil, həm də itkisiz başa vurmalıdı. Növbəti raundda BATE (Belarus) - HİK (Finlandiya) cütünün qalibi ilə qarşılaşmaq imkanı olan "Qarabağ" cəza və zədələrdən də qaçmalıdı. Bu itkilər növbəti raundda heyətində müəyyən problemlər olan çempionumuza mənfi təsir edə bilər.

Qeyd edək ki, Şkoder şəhərində baş tutacaq matç Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Çempionlar Liqası

II təsnifat mərhələsi

İlk oyun

25 iyul

21:00. "Kukesi" (Albaniya) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Ola Hobber Nilsen

Baş hakimin köməkçiləri: Tom Harald Qronevik, Qeyr Oskar İsaksen

Dördüncü hakim: Kay Erik Stin (hamısı Norveç)
Hakim-inspektor: Xuan Antonio Fernandes Marin (İspaniya)
UEFA nümayəndəsi: Roy Katkart (Şimali İrlandiya)

Şkoder. Loro Boriçi stadionu

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız