12 
iyl
2023
17:01
210

İki bacanağın öldüyü qəza yerindən FOTO

12 iyl, 2023
17:01
210

İki bacanağın öldüyü qəza yerindən FOTO

Ötən gecə Qobustanda iki bacanağın ölümü ilə nəticələnən ağır qəza baş verib.

Den.az-ın "Qafqazinfo”ya istinadən məlumatına görə, Bakı-Şamaxı yolunun Şıxzahırlı kəndin yaxınlığından keçən hissəsində "Mercedes 190” markalı 10-ZT-481 dövlət qeydiyyat nişanlı avtomobil dərəyə yuvarlanıb.
Ətraflı


Avtomobildə olan sürücü, 1985-ci il təvəllüdlü Cavid Mürsəliyev və sərnişini, bacanağı Cavid Həmzəyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Onlardan birinin meyiti avtomobildən çıxaraq dərəyə düşüb.

Bildirilir ki, C.Mürsəliyev Qobustan şəhərində yaşayırmış. Onun bacanağı Cavid Həmzəyev Cəlilabad rayonunda qeydiyyatda olsa da, Qobustan rayon Cəngi kəndində yaşayırmış.

Hadisə yerindən çəkilmiş görüntüləri təqdim edirik.

 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar