12 
iyl
2023
18:09
219

"Övladlarımızın əsirlikdə olmasından 3 ay keçdi, ürəyimiz partlayır" - Hüseyn Axundovun anası FƏRYAD ETDİ

12 iyl, 2023
18:09
219

"Övladlarımızın əsirlikdə olmasından 3 ay keçdi, ürəyimiz partlayır" - Hüseyn Axundovun anası FƏRYAD ETDİ

Əlverişsiz hava şəraiti səbəbilə yolu azaraq Ermənistana keçən və əsir götürülən azərbaycanlı hərbçi Hüseyn Axundovun anası müvafiq qurumların ailə ilə maraqlanmamasından və onun övladından heç bir xəbər verilməməsindən narazıdır.

Bu barədə əsir hərbçinin anası Şəlalə Axundova Den.az-a açıqlamasında bildirib:

"Artıq 3 ay olub ki, bizim uşaqlarımız əsirlikdədir. Amma bu vaxta qədər bir dövlət işçisi mənə və ya Aqşinin (Aqşin Bəbirov) anasına zəng edərək hansısa məlumat verməyib. Heç kim övladlarımız haqda bizə heç nə demir. Hətta telefonla zəng edib övladlarımıza neçə il iş kəsildiyi haqda da bir söz demirlər. Bu məlumatları biz internetdən, yerli mətbuatdan və televiziyadan eşidirik. Qısacası, heç kim bizə bir məlumat vermir".

"Bu necə bir işdir. Evimizdə səssiz-səmirsiz oturmuşuq. Bizə bir məlumat verən yoxdur. Artıq övladlarımızın erməni əsirliyində olmasından 3 ay keçdi, ürəyimiz partlayır. Aidiyyatı qurumlara müraciət edirik, səsimizə-səs versinlər", - deyə Şəlalə Axundova fikirlərini tamamlayıb.

Xatırladaq ki, aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

Den.az
 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar