13 
iyl
2023
22:49
237

Bakıda maşın mağazaya çırpıldı

13 iyl, 2023
22:49
237

Bakıda maşın mağazaya çırpıldı

Bakının Yasamal rayonunda yol qəzası baş verib.

Den.az Apa-ya istinadən xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Sürücü idarə etdiyi “Opel” markalı maşınla sükana nəzarəti itirib.

Nəticədə nəqliyyat vasitəsi avtomobil detallarının satışı mağazasına çırpılıb.

Maşın deformasiyaya uğrayıb, sürücü xəsarət alıb.

Mağaza sahibi ona 20 min manat zərər dəydiyini bildirib.

Qəzanın dəqiq baş vermə səbəbləri mağazanın müşahidə kamerasına baxıldıqdan sonra bilinəcək.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar