14 
iyl
2023
14:01
267

Bakıda restoran müdiri şikayət etdi, müştəri həbs olundu

14 iyl, 2023
14:01
267

Bakıda restoran müdiri şikayət etdi, müştəri həbs olundu

Bakı şəhəri, Nizami rayonu, NZS qəsəbəsində yerləşən "Milli Mətbəx” restoranının sahibi müştərini həbs etdirib. 

Den.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, 1990-cı il təvəllüdlü Zamin Zamanov (ad-soyad şərti) "Milli Mətbəx” restoranında 4 nəfərlə yemək yeyib. Bu zaman masadakı qonaqlardan biri restoranın müdiri ilə mübahisə edib. 

Müdirin şikayəti əsasında onlar 23-cü Polis Bölməsinə aparıblar. Bölmədə barələrində protokol tərtib edilib. Həmin şəxs gecə saat 02:00 radələrində sərxoş vəziyyətdə restorana gedib və restoranın müdirini söyərək, günahı olmadığı halda ondan niyə şikayət etdiyini soruşub.

Restorandan çıxdıqda polis əməkdaşlarının gəldiyini görərək, qaçıb. Sonra isə dayanıb və polis əməkdaşları onu yenidən 23-cü Polis Bölməsinə aparıblar. 

Məhkəmənin qərarı ilə Zamin Zamanov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 8 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar