15 
iyl
2023
13:08
127

Sabah yağış yağacaq, güclü külək əsəcək

15 iyl, 2023
13:08
127

Sabah yağış yağacaq, güclü külək əsəcək

Bakıda və Abşeron yarımadasında iyulun 16-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Den.az-a verilən məlumata görə, gecəyə doğru yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 26-30° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütununu təşkil edəcək. Nisbi rütubət 55-65% olacaq.

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-28° isti olacaq.

Azərbaycanın rayonlarında sabah şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 26-31° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar