16 
iyl
2023
17:25
180

Ukraynada Rusiyanın yüksək rütbəli zabiti məhv edildi

16 iyl, 2023
17:25
180

Ukraynada Rusiyanın yüksək rütbəli zabiti məhv edildi

Zaporojye vilayətində Rusiya silahlı qüvvələrinin Berdyanskdakı qərargahına yönəlmiş əməliyyat nəticəsində daha bir yüksək rütbəli rus zabiti öldürülüb. 

Den.az-ın xarici mediaya istinadla xəbərinə görə, onun Dəniz Piyadaları Korpusunun 382-ci əlahiddə batalyonunun keçmiş batalyon komandiri, polkovnik-leytenant Aleksandr Qorin olduğu ortaya çıxıb.

Onun iyulun 14-də öldürüldüyü bildirilir.

Ukraynalı jurnalist Denis Kazanski isə iddia edir ki, Qorin iyulun 11-də Berdyansk vilayətində cənub hərbi dairəsi komandirinin müavini general Oleq Tsokovla birlikdə məhv edilə bilərdi.

Qorinin aid olduğu batalyon 2014-cü ildə Krımın ilhaqı zamanı Belbek hava limanına edilən hücumda fəal iştirak edib. Onun bu tədbirdə iştirakı Rusiya ordusunun strukturunda əhəmiyyətini vurğulayır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar