17 
iyl
2023
00:35
220

ARAN BÖLGƏSİNİN ELƏCƏDƏ KÜRDƏMİRİN ZƏNGİN MƏTBƏXİ HAQQINDA NƏLƏRİ BİLİRİK? ARAŞDIRMA

17 iyl, 2023
00:35
220

ARAN BÖLGƏSİNİN ELƏCƏDƏ KÜRDƏMİRİN ZƏNGİN MƏTBƏXİ HAQQINDA NƏLƏRİ BİLİRİK? ARAŞDIRMA

Azərbaycanın zəngin milli mətbəxinin təamları dünya çapında tanınan və sevilən mətbəxlərdən hesab olunur.Belə ki,ölkəmizin bütün bölgələrində məhşur aşbazlarlarımızın hazırladıqları dadlı yemək növləri və təamları istər ölkəmizdə istərsədə ölkəmizə gələn turistlər tərəfindən dadlılır və yüksək qiymətləndirlir.Bundan başqa xarici ölkələrdə keçrilən bütün kulinariya festivallarında eləcədə mətbəx tanıtımlarında aşbazlarımızın hazırladıqları növbənöv dadlı və keyfiyyətli yeməklərin hazırlanması xarici ekspertlər tərəfindən də  yüksək qiymətləndirilir.Eyni zamanda ölkəmizdə hər bir  bölgənin özünəməxsus yemək növləri ağız dadına uyğun təamları mövcuddur.Buna misal olaraq Bakının küftəsini, Lənkəran Astara bölgəsinin ləvəngisini,Şəkinin bitisini,Gəncənin dövğasını və Zaqatalanın qaxacdan hazırlanmış sülhülünü nümunə göstərmək olar.Bütün  bu sadalananlar ölkə mətbəxinin eləcəd qida rasionumuzun olduqca az bir hissəsini əhatə edir.Halbu ki,Azərbaycan mətbəxinin yüzlərlə adda yemək növləri və şirniyyatları mövcuddur ki,bu yeməklər həm öz vətəndaşlarımız tərəfindən həmdə bir çox ölkələr tərəfindən bəyənilir və yüksək qiymətləndirilir.Bəs nəyə görə adını çəkdiyimiz bölgələrlə yanaşı ölkənin Aran bölgəsinin mətbəxi haqqında məlumatlara sosial şəbəklərdə çox az rast gəlinir və ya az məlumat verilir?Halbu ki,ölkəmizin Aran bölgəsi  zəngin milli mətbəxə sahibdir və burada miili mətbəximizin tanınması və inkişaf etdirilməsi istiqmətində yüzlərlə aşbaz fəaliyyət göstərir.

Müsahibimiz Kürdəmirdən olan peşəkar aşbaz daima müxtəlif telekanallarda eləcədə verilişlərdə Aran bölgəsinin zəngin mətbəxi haqqında danışan təbliğ və təşviq edən Roman İmamquliyev "DEN.AZ" ilə də həmsöhbət olub.

Məhşur aşbaz müsahibəsində  bildirdi ki,insanlar Aran bölgəsinin eləcədə Kürdəmir mətbəxi haqqında az məlumatlıdırlar və ya xəbərsizdirlər.Müsahibim deyir ki,bir dəfə bir verilişdə bir jurnalist Kürdəmirin mətbəxi yoxdur deyə ifadə işlətdi və bu söz məni bir aşbaz olaraq çox təsirləndirdi.Halbu ki,Kürdəmir mətbəxinin yemək növləri həm dadı  həm növü həmdə keyfiyyəti ilə daha çox zəngindir və çeşidlidir.Bundan başqa Kürdəmirdə saxlanılan və istifadə olunan iri və xirda buynuzlu heyvanlarının əti də digər bölgələrə nisbətən çox dadlı olur.Müsahibim deyir ki,bütün bu dadlı yemək növlərinin hazırlanmasında və ərsəyə gəlməsində Kürdəmir aşbazlarının da rolu az deyildir.Belə ki,məhşur aşbaz Roman İmamquliyevin oğlu Sərxan İmanlı bu il Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) Dubayda  təşkil olunan “EXPO CULİNAİRE-2023” kulinariya müsabiqəsində iştirak etmiş, ölkəmizi bu müsabiqədə təmsil etmiş, müxtəlif medal və diplomlara layiq görülmüşdür. Bundan başqa Sərxan İmanlı Türkiyənin Dənizli şəhərində keçrilən kulinariya festivalında bir qızıl, bir gümüş və iki bürünc medala eləcədə fəxri diploma layiq görülmüşdür.Müsahibim bildirir ki, onun özünü isə ölkəmizdə keçrilən bir çox kulinariya festivallarına və yarışlarına ekspert kimi dəvət edirlər və milli mətbəximizin təamlarının eləcədə Aran bölgəsinin çeşidli yemək növlərinin hazırlanmasında təbliğində, təşviqində onun fikirlərindən yararlanırlar.Bundan başqa müsahibim deyir ki, Kür çayı Kürdəmir rayonu ərazisindən keçdiyinə görə buradakı insanların qida rasionuna balıq məhsullarıda aiddir.Eyni zamanda müsahibim Aran bölgəsinin eləcədə Kürdəmir mətbəxinin zəngin yemək növlərindən olan “Çəpər çolpası” “Alçalı quzu qovurması””Kartoflu mal ətindən qovurma””Balıq buğlaması””Nar qovurması”və Səbzi qovurması” kimi yeməkləri nümunə çəkərək həmin yeməklərin modelləşdirərək Avropa mətbəxində tanınması üçün xeyli işlər gördüyünü dilə gətirdi.Hazırda Roman İmamquliyev Kürdəmirdə müasir aşbazların yetişməsində eləcədə zəngin mətbəximizin tanıdılması istiqamətində yeni işlər görür.Qeyd edək ki,təkcə Kürdəmir aşbazlarının milli mətbəximizin dünyada tanınması istiqamətində göstərdikləri xidməti nəzərə alsaq, bütün bunlar kifayət edər ki,insanlar Aran bölgəsinin eləcədə, Kürdəmir mətbəxinin nə qədər zəngin olduğu haqqında məlumatlı olsunlar.















DEN.AZ

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar