20 
iyl
2023
11:00
173

Nazirlik Əli Kərimlinin partiyasını qeydiyyata almadı

20 iyl, 2023
11:00
173

Nazirlik Əli Kərimlinin partiyasını qeydiyyata almadı

Ədliyyə Nazirliyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) təqdim etdiyi üzvlük siyahılarında çatışmazlıqlar aşkarlayıb. 

Den.az xəbər verir ki, bu barədə partiyanın sədri Əli Kərimli məlumat verib.
O qeyd edib ki, partiya Ədliyyə Nazirliyinə 5315 nəfər üzvün məlumatlarını təqdim edib. Onlardan 2497 nəfər barədə məlumatlar (adı, soyadı, ata adı, doğulduğu tarix) düzgün göstərilməyib.

Bildirilib ki, 119 nəfərin başqa partiyalara üzvü olduğu müəyyən edilib, 59 şəxs barədə məlumatlar təkrarlanıb, 609 nəfər isə AXCP üzvü olmadığını bildirib.
Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını nazirliyə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.

Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib. Qeydiyyata alınmayanlar sırasında REAL və Müsavat partiyaları da var. Nazirlik hər iki siyasi partiyaya sənədləri qaydasına salmaq üçün vaxt verib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar