24 
iyl
2023
12:50
110

Dələduzluq, pul “atmaq”, böhtan və... – Azərbaycanda həbs olunmuş partiya sədrlərinin ADLARI

24 iyl, 2023
12:50
110

Dələduzluq, pul “atmaq”, böhtan və... – Azərbaycanda həbs olunmuş partiya sədrlərinin ADLARI

Xəbər verdiyimiz kimi, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu saxlanılıb. O, istintaqa Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
 
Xatırladaq ki, son dövrlər daha bir neçə partiya lideri də həbs olunub.
 
Den.az Sfera.az-a istinadən son illər ərzində törətdiyi cinayət əməlindən dolayı dustaqlığa məhkum edilmiş partiya sədrlərinin adlarını təqdim edir:
 
2017-ci ildə  Azərbaycan Vahid Kommunist Partiyasının sədri Musa Tükənov həbs edilmişdi.
 

O, 2 nəfər əlil şəxsin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verdiyi şikayət əsasında saxlanılmışdı. Həmin şəxslər şikayətlərində bildirmişdilər ki, M.Tükənov onlardan pul alıb və geri qaytarmayıb. 2018-ci il 7 iyun məhkəmənin hökmü ilə Musa Tükənova şərti cəza verilib və azadlığa buraxılıb.
 
2021-ci ilin mart ayında Azərbaycan Mübarizləri Partiyasının sədri Ağadur Müslümov həbs edilib.
 

Partiya sədrindən Təhsil Nazirliyinin Tikinti İdarəsinin sabiq rəisi İsaxan Babayev  şikayətçi olub. İsaxan Babayev polisə ərizə ilə müraciət edərək, 2013-cü ildə Ağadur Müslümova 100 min manat verdiyini, həmin şəxsin bunun müqabilində ona Təhsil Nazirliyinin idarə rəisi vəzifəsində qalmağa köməklik göstərəcəyini vəd etdiyini bildirib. Lakin A. Müslümov pulu alsa da, vədinə əməl etməyib. Misir Mərdanov təhsil naziri vəzifəsindən getdikdən sonra İ. Babayev də işdən çıxarılıb. Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham olunan Ağadur Müslümov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Partiya sədri 2021-ci ilin avqust ayında həbsdə olarkən dünyasını dəyişib.
 
2022-ci il 13 yanvar tarixində Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev xüsusi ittiham qaydasında həbs edilib.
 

Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli helikopterinin Xızı ərazisində qəzaya uğraması nəticəsində yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Ə.Əliyevi xüsusi ittiham qaydasında məhkəməyə veriblər. Belə ki, zabitlərin şikayətinin motivi partiya sədrinin 2021-ci il dekabrın 9-da “Osmanqızı TV” yutub kanalında çıxışı zamanı yaralıların DSX rəisi general-polkovnik Elçin Quliyev tərəfindən öyrədilməsi, zərərçəkmişlərin helikopterdə olmamaları, zərərçəkmişləri ağır cinayətin törədilməsində ittiham etməsi, helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlər olub. Prezident İlham Əliyevin bu il mayın 8-də imzaladığı əfv sərəncamı ilə partiya sədri azadlığa buraxılıb.
 
21 aprel 2023-cü ildə Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli 2 ay 23 gün müddətinə həbs edilib.
 

Anar Əsədli dələduzluqda təqsirləndirilib. O, tanışları Oqtay Qasımov və İlham Hüseynovun şikayətləri əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdı. Şikayətçilər Anar Əsədlini onlara olan borclarını qaytarmamaqda ittiham ediblər. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlayıb. 5 iyul Anar Əsədlinin ev dustaqlığına buraxılması ilə bağlı qərar qəbul edilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar