Xəbərin Kateqoriyası: İdman

11,5 milyonluq “Qarabağ”, 554 milyon avroluq “Arsenal”

Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Bu turnirdəki təmsilçimiz "Qarabağ" E qrupunda "Arsenal" (İngiltərə), "Sportinq" (Portuqaliya) və "Vorskla" (Ukrayna) klublarıyla mübarizə aparacaq.

Den.az komanda.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın Avroliqanın qrup mərhələsindəki rəqiblərinin heyətlərinin dəyəri məlumdur. "Transfermarkt" saytına görə, qrupun ən dəyərli komandası "Arsenal"dır. "Topçular"ın futbolçularının ümumi qiyməti 554 milyon avrodur.

Qiymətinə görə 2-ci yerdə isə "Sportinq" qərarlaşıb. Lissabon təmsilçisinin futbolçularının toplam dəyəri 164,58 milyon avrodur.

Ukrayna "Vorskla"sının oyunçularının dəyəri isə 12,10 milyon avrodur.

Təmsilçimiz "Qarabağ" isə umumi futbolçu dəyərinə görə son pillədədir. "Köhlən atlar"ın qiyməti "transfermarkt"da 11,5 milyon avro göstərilib.

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız