28 
iyl
2023
14:57
289

Qardaşının oğlu atasını niyə ÖLDÜRDÜ? - ŞOK İDDİA

28 iyl, 2023
14:57
289

Qardaşının oğlu atasını niyə ÖLDÜRDÜ? - ŞOK İDDİA

İyulun 26-da Kürdəmirdə baş verən ölüm hadisəsinin yeni təfərrüatları məlum olub. 

Belə ki, ilkin məlumatda Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun ehtiyatsızlıqdan özünə xəsarət yetirərək öldüyü deyilsə də, əslində hadisənin onun oğlu 2005-ci il təvəllüdlü Qaraşov Azay Azər oğlu tərəfindən törədildiyi məlum olub. 

Polisin həyata keçirdiyi əməliyyat tədbirləri ilə cinayətin üstü açılıb və Azər Qaraşovun oğlu Azay Qaraşov atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb. 

Məlum olub ki, Azay Qaraşov hadisəni törətdikdən sonra əməlini ört-basdır etməyə çalışıb. Qeyd edək ki, ilkin olaraq hadisənin intihar olduğu bildirilib.

Qaraşovlar ailəsi isə Azər Qaraşovun ehtiyatsızlıq səbəbindən aldığı güllə yarasından vəfat etdiyini iddia edib.

Mərhumun ailə üzvləri isə Bizim.Media-nın yerli bürosuna bildiriblər ki, hadisə ailə münaqişəsi zəmnində baş verib. Belə ki, mərhum Azər Qaraşov evdə həyat yoldaşı ilə mübahisə edib. Bu zaman bunu görən Azay Qaraşov evdəki odlu silahla atasına bir neçə dəfə atəş açıb. Azər Qaraşov aldığı ağır xəsarətdən elə hadisə yerindəcə dünyasını dəyişib. 

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Kürdəmir rayon sakini Azər Qaraşovun iyulun 26-da odlu silahdan açılan atəş nəticəsində ölməsi faktı ilə bağlı İstintaq İdarəsində cinayət işi başlanılıb. /bizim.media


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar