28 
iyl
2023
21:02
216

Naxçıvan MR Ali Məclisinin növbədənkənar sessiyası çağırıldı

28 iyl, 2023
21:02
216

Naxçıvan MR Ali Məclisinin növbədənkənar sessiyası çağırıldı - FOTO

Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb.
Den.az"-ın məlumatına görə, bu barədə NMR Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov qərar imzalayıb.
Qərarda deyilir:
Növbədənkənar sessiyanın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi;
2. “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi;
3. “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi;
4. Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) hesabatı;
5. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”nin təsdiq edilməsi;
6. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun qəbul edilməsi;
7. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etik davranış qaydaları haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun qəbul edilməsi;
8. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin yeni tərkibinin təsdiq edilməsi;
9. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Fərmanının təsdiq edilməsi.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar