30 
iyl
2023
16:58
492

“Ailəmizin 5 üzvünü qətlə yetirdilər, Xaçaturyan qardaşımı girov götürdü” - Meşəli faciəsinin şahidi

30 iyl, 2023
16:58
492

“Ailəmizin 5 üzvünü qətlə yetirdilər, Xaçaturyan qardaşımı girov götürdü” - Meşəli faciəsinin şahidi

“Ermənilər 1991-ci ilin 22 dekabrında Xocalı rayonunun Meşəli kəndində ailəmizin 5 üzvünü amansızlıqla qətlə yetirdilər”.

Den.az xəbər verir ki, bunu “Report”a müsahibəsində Meşəli faciəsində ailə üzvlərini itirmiş Zəminə Əliyeva bildirib.


“Ailəmizin 3 üzvünü diri-diri yandırdılar. Ailəmizin 9 üzvündən 5-i – atam, anam, iki bacım və bir qardaşım amansızlıqla qətlə yetirilib. Çox dəhşətli gün idi. Əlli üç yaşlı atamı, 45 yaşlı anamı və 17 yaşlı bacımı diri-diri yandırdılar. On beş yaşlı bacımı ürəyindən güllələyib ardınca da 78 güllə vuraraq qətlə yetirdilər.
Qardaşım polis əməkdaşı idi. O, dağın üstündən kəndi güllə atəşinə tutan erməni silahlısını zərərsizləşdirilmək üçün gedən zaman snayperin açdığı atəş nəticəsində şəhid oldu. Kiçik qardaşım Barat isə yaralı halda Vaqif Xaçaturyan tərəfindən əl-qolu bağlanılaraq maşının yük yerinə qoyularaq girov götürülüb. Qardaşım isə yolda əli-qolu bağlı özünü maşından dərəyə atıb. Xoşbəxtlikdən yaralı vəziyyətdə qaçaraq sağ qala bilib”.

Zəminə Əliyeva 25 mülki azərbaycanlını qətlə yetirmiş hərbi cinayətkar Vaqif Xaçaturyanın saxlanılmasını eşitdikdə çox sevinib:
“Mətbuatdan Vaqif Xaçaturyanın saxlanıldığını eşidəndə çox sevindim. Onu saxlayan oğullarımızın alnından öpürəm. Bir ana kimi onları bağrıma basıram. Allah dövlətimizdən razı olsun!”.

“Meşəli faciəsində dinc sakinlərimizin qanına əli batanların tutularaq öz cəzasını alması bizə təsəllidir. İnanırıq ki, digər cinayətkarlar da öz cəzasını alacaqlar”, – Z.Əliyeva əlavə edib.
Qeyd edək ki, hərbi cinayətkar Vaqif Xaçaturyan Laçın sərhəd buraxılış məntəqəsndə saxlanılaraq istintaqa cəlb edilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar