31 
iyl
2023
02:08
157

Rusiyada polis idarəsi PUA hücumuna məruz qalıb

31 iyl, 2023
02:08
157

Rusiyada polis idarəsi PUA hücumuna məruz qalıb - FOTO

Hadisə şahidləri Bryansk vilayətinin Trubçevsk şəhərində polis idarəsində partlayış baş verdiyini bildiriblər.

"Den.az"-ın məlumatına görə, bu barədə Mash Telegram kanalı məlumat yayıb.
İlkin məlumatlara görə, binaya pilotsuz uçuş aparatı (PUA) çırpılıb.


“Binanın damı zədələnib, altı pəncərə sınıb”, – nəşr yazır.


Kanalın məlumatına görə, ölən və xəsarət alan olmayıb.


Hazırda binanın ətrafındakı yollar bağlanıb, hadisə yerində əməliyyat qrupu işləyir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar