avq
2023
16:48
232

SON DƏQİQƏ: Azərbaycanda əcnəbi FACİƏVİ şəkildə öldü

2 avq, 2023
16:48
232

SON DƏQİQƏ: Azərbaycanda əcnəbi FACİƏVİ şəkildə öldü

Azərbaycanda əcnəbi faciəvi şəkildə ölüb.

Qaradağ rayon prokurorluğundan “Den.az”a verilən məlumata görə, rayonda özəl şirkətlərdən birində quraşdırıcı işləyən Çin Xalq Respublikasının vətəndaşı, 1974-cü il təvəllüdlü Ren Zhanmın ehtiyatsızlıq nəticəsində həyatını itirib.


Ren Zhanmın onunla eyni şirkətdə operator-sürücü vəzifəsində işləyən Vüqar Cəfərovla birgə Qobustan qəsəbəsində yolda olan maneəni qaldırmaq istəyərkən teleskopik yükləyicinin hissələri arasında qalıb, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar