Xəbərin Kateqoriyası: İdman

Gələn ay Bakıda Dünya Kuboku keçiriləcək


Azərbaycan Gimnastika Federasiyası gimnastikanın daha bir növü üzrə beynəlxalq turnirə ev sahibliyi edəcək.

Den.Az xəbər verir ki, noyabrın 17-18-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Dünya Kuboku ilk dəfə ölkəmizdə təşkil olunacaq.

İki gün davam edəcək yarışlarda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparacaq. İlkin sifarişə əsasən, Azərbaycan akrobatları ilə yanaşı, Belarus, İsrail, Qazaxıstan, Portuqaliya, Rusiya və Ukrayna komandaları turnirdə iştirak etmək üçün qeydiyyatdan keçib.


Ölkəmizi kubok yarışlarında son Avropa çempionatının bürünc medalçıları – qarışıq cütlüklərimiz Abdulla Əl-MəşayxiRuhidil QurbanlıAğasif RəhimovNurcan Cabbarlı təmsil edəcəklər. Kişi cütlükləri proqramında isə Dünya Yaş Qrupu Yarışlarının gümüş medalçıları – Seymur CəfərovMurad Əkbərov ən yaxşı yer uğrunda mübarizə aparacaqlar.

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız