avq
2023
01:46
204

“Qarabağ”-HİK matçının biletləri satışa çıxarılır

5 avq, 2023
01:46
204

“Qarabağ”-HİK matçının biletləri satışa çıxarılır

 UEFA Avropa Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - HİK (Finlandiya) oyununun biletləri avqustun 5-i saat 14:00-dan satışa çıxarılacaq.

Den.az xəbər verir ki, avqustun 10-u saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

Bundan əlavə, VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 200 manatdır.

Satış məntəqələri: Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış); Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu; Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar