avq
2023
22:52
221

Rusiya mühərrik zavodunu hədəfə aldı

5 avq, 2023
22:52
221

Rusiya mühərrik zavodunu hədəfə aldı

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının raket hücumu barədə məlumat verib.
 
Den.az xəbər verir ki, müvafiq videomüraciət Zelenskinin teleqram kanalında yerləşdirilib.
 
O bildirib ki, raketlər “Motor Sich” zavodunu dəyib. Bu müəssisə Zaporojyedə yerləşir və təyyarə mühərrikləri istehsal edir.
 
Hücum "Kinjal", "Kalibr" raketləri ilə həyata keçirilib. "Raketlərin bir hissəsi vuruldu, buna görə hava hücumundan müdafiədə xidmət edən əsgərlərimizə təşəkkür edirəm”, - deyə Zelenski qeyd edib.
 
Qeyd edək ki, "Motor Sich" dünyanın aparıcı təyyarə və helikopter mühərrikləri, sənaye qaz turbinləri istehsalçılarından biridir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar