avq
2023
01:00
216

Kürdəmirdə avtomobil aşıb , xəsarət alanlar var-FOTO

6 avq, 2023
01:00
216

Kürdəmirdə avtomobil aşıb , xəsarət alanlar var-FOTO

Kürdəmirdə avtomobil aşıb, xəsarət alanlar var.

“Den.az”-ın yerli bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir yolunun rayonun Şahbəyli kəndindən keçən hissəsində qeydə alınıb.


Belə ki, “Niva” markalı avtomaşının sürücüsü, rayonun Qarasu kənd sakini 51 yaşlı İbrahimov Azər Ətir oğlu həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.


Hadisə zamanı sürücü Azər İbrahimov və onun sərnişini 29 yaşlı İbrahimov Məmmədkərim Azər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər. Hazırda faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar