avq
2023
01:26
279

Yük maşını avtomobillərə və binaya çırpılıb: Ölən və yaralananlar var

7 avq, 2023
01:26
279

Yük maşını avtomobillərə və binaya çırpılıb: Ölən və yaralananlar var

Tacikistanın Kulyab şəhərində tormozu sıradan çıxan  yük maşını bir neçə minik avtomobilinə və iki yaşayış binasına çırpılıb.

Den.az-ın Tacikistan Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar var. Faktla bağlı cinayət işi başlanıb.

DİN-də yaralanan və ölənlərin sayı dəqiqləşdirilməyib. Sosial şəbəkələrdə qəza yerindən yük maşını və dağılmış binanın görüntüləri yayılıb.

Tacikistan prezidenti Emoməli Rəhmonun tapşırığı ilə ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri, səhiyyə naziri və Fövqəladə Hallar Komitəsinin sədri qəza yerinə gediblər.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar