avq
2023
11:30
203

Sabah havanın temperaturu 43 dərəcəyədək artacaq

8 avq, 2023
11:30
203

Sabah havanın temperaturu 43 dərəcəyədək artacaq

Avqustun 9-da Bakıda və Abşeron yarımadasında yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Den.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-43° isti, dağlarda gecə 16-21° isti, gündüz 27-32° isti olacaq.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar