avq
2023
19:11
210

2020-ci ildə vəfat edən sabiq nazir hələ də dövlət şirkətinin "rəhbəridir" (FOTO)

8 avq, 2023
19:11
210

2020-ci ildə vəfat edən sabiq nazir hələ də dövlət şirkətinin "rəhbəridir" (FOTO)

Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin (ASC) üç ildir ki, sədrsizdir. 
 
Den.az Qaynarinfo-ya istinadən xatırladır ki, ASC-nin sədri Miri Qənbərov 2020-ci ildə dünyasını dəyişib. Bundan sonra "Azərkontrakt”ın sədri vəzifəsinə təyinat olmayıb. ASC-ni hazırda sədr müavini Güləddin Dadaşov idarə edir.  
 
Miri Qənbərov 1994-1997-ci illərdə Azərbaycanın ticarət naziri vəzifəsində çalışıb. 1997-ci ildə nazirlik ləğv olunub. Elə həmin il Ticarət və Material Ehtiyatları nazirliklərinin bazasında Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt” ASC yaradılıb. Miri Qənbərov da ASC-nin sədri təyin edilib. 
 
Məsələnin maraqlı tərəfi budur ki, hələ də reyestr məlumatlarında ASC-nin qanuni təmsilçisi kimi Miri Qənbərovun adı qeyd edilib. Belə çıxır ki, o dünyasını dəyişsə də, hələ də ASC-ni təmsil edir. 
 

 


Miri Qənbərov həm də ikinci və üçüncü çağırış Milli Məclisin deputatı olub. 
 
Yeri gəlmişkən, bu günlərdə "Azərkontrakt” ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü (Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi) maddəsi ilə protokol tərtib edilib. 
 
İş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib və hakim Rəşad Cavadzadənin icraatına verilib. 
 
Qeyd edək ki, Miri Qənbərov 1935-ci il mayın 25-də Lerik rayonunun Siyov kəndində anadan olub. Sabiq nazir 2005-ci ildə "Şöhrət" ordeni, 2010-cu idə isə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Bir çox mükafatlara layiq görülüb. O, 11 fevral 2020-ci ildə vəfat edib.
 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar