11 
avq
2023
00:52
304

“Sabah”ın mümkün rəqiblərinin oyununda qalib müəyyənləşməyib

11 avq, 2023
00:52
304

“Sabah”ın mümkün rəqiblərinin oyununda qalib müəyyənləşməyib - FOTO

“Sabah”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqiblərinin III raunddakı ilk oyununda qalib müəyyənləşməyib.

"Den.az" xəbər verir ki, Rumıniyada “Styaua” və Danimarka “Norşellan” arasında keçirilən qarşılaşma qolsuz bərabərliklə başa çatıb - 0:0.


Qonaqlar 59-cu dəqiqədə meydanda azlıqda qalıblar. Adamo Naqalo ikinci sarı vərəqəni alaraq meydandan qovulub.


Qeyd edək ki, bu cütün qalib pleyt-off mərhələsində “Sabah” - “Partizan” (Serbiya) duelinin güclüsünə rəqib olacaq. Bakı klubu evdə Belqrad təmsilçisinə qarşı keçirdiyi III raundun ilk matçında 2:0 hesablı qələbə qazanıb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar