11 
avq
2023
17:30
222

“Tərtər işi”ndə dəhşətli ifadələr: “Dedi, bunu “ağsaqqal” göndərib, tapşırıb ki, yaxşı-yaxşı məşğul olsunlar”

11 avq, 2023
17:30
222

“Tərtər işi”ndə dəhşətli ifadələr: “Dedi, bunu “ağsaqqal” göndərib, tapşırıb ki, yaxşı-yaxşı məşğul olsunlar”

Bakı Hərbi Məhkəməsində “Tərtər işi” üzrə təqsirləndirilən Sənan Maşıyev, Cabir Qəhrəmanov, Elçin Əliyev və Ruslan Mikayılovun məhkəməsi davam edir. Maşıyevgil yüzlərlə hərbçiyə işgəncə verməkdə, nəticədə onlardan bir neçəsinin ölümünə səbəb olmaqda ittiham olunur. 

Den.az Globalinfo.az-a istinadən xəbər verir ki, qrup üzvləri Tərtər hadisələrində hərbçilərə işgəncə verməyə görə həbs olunublar. 2019-cu ilin martında Tərtər Hərbi Məhkəməsində onlar barəsində hökm çıxarılıb, hər biri 5 il 6 ay-6 il müddətə azadlıqdan məhrum edilib. 2020-ci il oktyabrın 1-də azadlığa buraxılıblar, oktyabrın 2-də həmin vaxt yenicə başlamış müharibəyə göndəriliblər. Qüsursuz xidmətlərinə görə medallarla təltif olunublar. Hətta onlardan biri Ruslan Mikayılov döyüşlərdən birində yaralanıb. Ancaq il yarım əvvəl “Tərtər işi” üzrə istintaq təzələnəndə bu şəxslər yenə həbs olunub.

qapaz vururdular, üzümüzə tüpürürdülər, bizə vətən xaini deyirdilər. Nə bilim vallah, dözüləsi deyildi. Ora gətirilənlər mənim kimi işgəncə görənlər idi. Qonşu palatalardan səslər gəlirdi, SAT gəlib palatalarda da işgəncələri davam edirdi”.
Zərərçəkən müttəhimlər kürsüsündə əyləşənlərdənsə yalnız Ruslan Mikayılovu tanıyıb:
“SAT gedəndən sonra Ruslan bizi ağır idman hərəkətlərinə məcbur edirdi. O da korpus komandirinin tapşırıqlarını yerinə yetirirdi. Ancaq o idman məsələsi mənə aid deyildi. Çünki hospitaldan qayıdandan sonra yeməkxanada işləyirdim. Ordakıların yeməyinə, yatmağına nəzarət eləmişəm. Məsələn, Fuad Ağayev yadıma gəlir. İşgəncəyə gətirilənləri SAT-a təhvil-təslim edirdi.
Məhkəmənin dindirdiyi növbəti zərərçəkən Ramiq Osmanov olub. O, təqsirləndirilən şəxslərdən Sənan Maşıyevlə Ruslan Mikayılovu tanıdığını deyib. Bildirib ki, Maşıyevlə eyni hərbi hissədə xidmət edib. O, başına gələnlərdən bunları danışıb:


Maşıyevgil hərbçilərin bədəninə cərəyan verməkdə, onları günlərlə ac-susuz saxlamaqda, başlarını su ilə dolu çəlləklərə salıb boğmaqda, zorlamaqda təqsirləndirilirlər. İttiham aktında qeyd olunub ki, bu işgəncələrdən həyatını itirənlər də olub.
Hazırda məhkəmədə zərərçəkmişlərin dindirilirməsi mərhələsidir.
Məhkəmədə zərərçəkənlərin verdiyi ifadələrdən belə aydın olur ki, hakim qarşısına yalnız qandonduran cinayətlərin icraçıları çıxarıblar. Cinayətin təşkilatçıları isə kənarda qalıb!
Əvvəlcə zərərçəkən Rəfail Emçiyev ifadə verib. O, məhkəməyə deyib ki, hazırda mühakimə edilən Maşıyevgildən yalnız Ruslan Mikayılovu tanıyır:
“Yadımdadır ki, SAT bizə bir neçə gün işgəncə verib gedəndən sonra bunlar gəldi (təqsirləndirilən şəxsləri göstərir). Mən bunlardan təkcə Ruslanı tanıyıram. Bizə o qədər işgəncə verilmişdi ki, tərpənə bilmirdik. Ruslansa belə vəziyyətdə bizi məcbur edirdi ki, gündə bir neçə dəfə sıraya düzülək, ağır idman hərəkətləri edək. Bu isə bizə işgəncədən sonra növbəti bir işgəncə idi”.
tanıyıb:
“SAT gedəndən sonra Ruslan bizi ağır idman hərəkətlərinə məcbur edirdi. O da korpus komandirinin tapşırıqlarını yerinə yetirirdi. Ancaq o idman məsələsi mənə aid deyildi. Çünki hospitaldan qayıdandan sonra yeməkxanada işləyirdim. Ordakıların yeməyinə, yatmağına nəzarət eləmişəm. Məsələn, Fuad Ağayev yadıma gəlir. İşgəncəyə gətirilənləri SAT-a təhvil-təslim edirdi.
Məhkəmənin dindirdiyi növbəti zərərçəkən Ramiq Osmanov olub. O, təqsirləndirilən şəxslərdən Sənan Maşıyevlə Ruslan Mikayılovu tanıdığını deyib. Bildirib ki, Maşıyevlə eyni hərbi hissədə xidmət edib. O, başına gələnlərdən bunları danışıb:
“2017-ci ilin mayında xəbər yayıldı ki, arada satqınlar var. Hamı kimi məni də qanqallayıb Tərtərin İsmayılbəyli kəndinə apardılar. Orda artıq əvvəlcədən tədbirlər görülmüşdü, “palatka”lar qurulmuşdu. Nə baş verdiyini anlamaq olmurdu. Eləcə, hamı bir-birinə xain kimi baxırdı. Mənə isə deyirdilər, boynuna al ki, sən ermənilərə 500 dollara əsgər, 700 dollara zabit satmısan. Bilirsiniz necə idi? Kimin kimdən xoşu gəlmirdisə, adını xain qoyub, tutub göndərirdi işgəncə yerinə. Bizi işgəncələr vaxtı çox aşağıladılar. Məni əvvəllər tabeliyimdə olmuş, sonradan kəşfiyyat bölməsinə keçmiş əsgərlərim qandalladı. Əvvəl Marquşavana apardılar. Mən orda işgəncənin hər üzünü gördüm. Bir neçə gün davam edən işgəncələrdən sonra əynimizə geyinməyə paltarlar verildi. Mənə Səxavət Binnətovun paltarlarını vermişdilər. Çox ağır gəlirdi adama bu… (Səxavət Binnətov MAXE olub, həmin vaxt verilən işgəncələrdə dünyasını dəyişib).


Şərbətov Pərvizi də dayanmadan döyürdülər, aşağılayırdılar. Gecədən səhərə qədər səsi kəsilmirdi, qışqırdırdılar. Əllərim, qollarım düz 18 gün bağlı qalıb”.
Daha sonra ifadə vermək üçün tribunaya 2017-ci ilin mayında işgəncələrə məruz qalmış, ancaq bir müddət sonra evə buraxılandan sonra vəfat etmiş Babək Bəxşəliyevin hüquqi varisi olan qardaşı Bəhruz Edil ifadə verib. Daha doğrusu, ifadəsinə başlamamışdan əvvəl hakimdən vəsatəti ilə bağlı maraqlanıb:
“Mən keçən dəfə məhkəmədə Seyidov Cəfərlə bağlı vəsatət vermişdim. Seyidov Cəfər niyə dindirilmir?
Hakim masanın üzərindəki sənədləri vərəqləyə-vərəqləyə deyir:
– Siz hər yerə yazmısız, Prezident Administrasiyasına, başqa qurumlara… Həmin qurumlardan da məhkəməyə məktub daxil olub ki, araşdırılsın, vətəndaşa cavab verilsin. Sizin sözünüz olanda birbaşa məhkəməyə müraciət edin. Əgər tələbiniz məhkəməyə aiddirsə, başqa qurumlara yazmaqdansa, məhkəməyə vəsatət verə bilərsiz.
Zərərçəkənin hüquqi varisi:
– Mənim tələbim odur ki, Seyidov Cəfər burda Ruslan Mikayilovla üzləşdirilsin.
Hakim:
– Seyidov Cəfər o biri qrupun (Vüsal Ələsgərovgilin) məhkəməsində dindirilib.
Zərərçəkmişin hüquqi varisi:
– Mən maddi və mənəvi zərərin ödənilməsini tələb edirəm.
Prokuror:
– Nə ilə bağlı?
Zərərçəkmişin hüquqi varisi:
– Daha bundan artıq nə ola bilər ki?.. Bütün ailəmiz xəstə düşüb, adımızı vətən xaini qoymuşdular.
Prokuror:
– Ancaq qardaşınız sonradan rəhmətə gedib…
Zərərçəkmişin hüquqi varisi:
– Nə olsun ki, sonradan rəhmətə gedib. O da həmin vaxt işgəncələr görüb.
Prokuror:
– Mən sadəcə, dəqiqləşdirmək istədim, siz təzminatı nəyə görə tələb edirsiniz? Qardaşınızın ölümünə görə?
Zərərçəkmişin hüquqi varisi:
– Yox, işgəncələrə və adının ləkələnməsinə görə tələb edirəm. Dəmir boruyla döyülüb, qolları sındırılıb… Mənim valideynlərim o vaxtdan xəstə düşdü, ailəmiz bərbad günə qaldı.
Hakim:
– Siz təzminatla bağlı mülki iddia qaldıra bilərsiniz.
Babək Baxşəliyev işgəncələr verilən hərbi hissəni mühafizə edənlərdən olub. O, işgəncələri özündə olan mobil telefonla gizli çəkərkən “yaxalanıb” və özü də işgəncələrə məruz qalıb. Hələ sağlığında ibtidai istintaqa verdiyi ifadəsində bildirib ki, videoçəkiliş apardığına görə ondan da “vətən xaini” düzəldərək, işgəncəyə məruz qalan digər hərbçilərə qatıblar.
Məhkəmə daha bir neçə zərərçəkəni dindirəndən sonra növbəti iclası avqustun 16-na təyin edib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar