12 
avq
2023
15:56
273

Vətən müharibəsinin iştirakçısı dəhşətli qəzada həyatını itirdi

12 avq, 2023
15:56
273

Vətən müharibəsinin iştirakçısı dəhşətli qəzada həyatını itirdi

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Den.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sarvanlar kəndi ərazisində qeydə alınıb. Racim Çingiz oğlu Mirzəyevin idarə etdiyi “Mercedes Benz” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə R.Mirzəyev hadisə yerində həyatını itirib.

R.Mirzəyevin 44 günlük Vətən müharibəsinin iştirakçısı olduğu bildirilir. O, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar