16 
avq
2023
02:20
151

Latviya Belarusla sərhədin mühafizəsini gücləndirir

16 avq, 2023
02:20
151

Latviya Belarusla sərhədin mühafizəsini gücləndirir - FOTO

Latviyanın Dövlət Sərhəd Xidməti Belarusla sərhədin mühafizəsini gücləndirmək məqsədilə əməkdaşlarını məzuniyyətdən geri çağırır.

Den.az” xəbər verir ki, bu barədə sərhəd idarəsi məlumat yayıb.


Qeyd olunub ki, qərar Latviya-Belarus sərhədində hibrid təhlükənin artması ilə əlaqədar qəbul edilib. Belə ki, son sutka ərzində sərhədi qanunsuz keçməyə 96 cəhd qeydə alınıb.
Dövlət Sərhəd Xidməti işçilərə illik məzuniyyət verilməsini dayandırıb və əvvəllər məzuniyyətə çıxmış vəzifəli şəxslər geri çağırılıb. Qurum sərhədçiləri əlavə xidmətə səfərbər etdiyini qeyd edib, ordudan və milli polisdən kömək istəyib. (Report)

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar