17 
avq
2023
15:27
225

Şəhidimizin anası vəfat etdi

17 avq, 2023
15:27
225

Şəhidimizin anası vəfat etdi

44 günlük Vətən müharibəsində şəhid olan İsə Orucovun anası Nayibə Orucova vəfat edib.

Den.az xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.


“Şəhid valideynlərinə yenidən ciddi psixoloji dəstək lazımdır. Övlad dərdinə dözə bilmirlər”, – o qeyd edib.

Qeyd edək ki, İsə Razim oğlu Orucov 20 iyun 2001-ci ildə Şəmkir rayonu Seyfəli kəndində anadan olub. O, 27 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”,  “Cəsur döyüşçü” medalları  və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar