13 
iyn
2023
00:21
209

Konqoda silahlı hücum zamanı 23-ü uşaq olmaqla 46 nəfər ölüb

13 iyn, 2023
00:21
209

Konqoda silahlı hücum zamanı 23-ü uşaq olmaqla 46 nəfər ölüb - FOTO

Konqo Demokratik Respublikasının Djuqu bölgəsində məcburi köçkünlərin olduğu düşərgəyə silahlı hücum edilib.

Den.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində 23-ü uşaq olmaqla azı 46 nəfər həlak olub.
Yerli mənbələr cinayətkarların evləri yandıraraq mülki insanlara silah və maçeta ilə hücum etdiklərini, çox sayda insanın isə yanaraq öldüyünü bildiriblər.

Düşərgənin Birləşmiş Millətlər Təşkilatının Buledəki bazasından 5 kilometr aralıda olduğu açıqlanıb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar