25 
iyn
2023
00:55
192

Oğuzda beş tona yaxın narkotik tərkibli bitki məhv edilib

25 iyn, 2023
00:55
192

Oğuzda beş tona yaxın narkotik tərkibli bitki məhv edilib - FOTO

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı Bayan kəndi ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 4 ton 470 kiloqram olan 2 650 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar