26 
iyn
2023
13:21
136

Dünyanın ən güclü orduları - Azərbaycan bu sıradadır

26 iyn, 2023
13:21
136

Dünyanın ən güclü orduları - Azərbaycan bu sıradadır

Azərbaycan hərbi gücünə görə dünya miqyasında 57-ci sıradadır.


Den.az xəbər verir ki, bu barədə hərbi sahədə ixtisaslaşmış “Global Firepower” portalı məlumat yayıb.

2023-cü ildəki beynəlxalq reytinqə görə Azərbaycan 145 ölkə arasında 57-ci yerdə qərarlaşıb. Gürcüstan reytinqdə 85-ci, Ermənistan 94-cü yerdədir.
Siyahıda ilk onluqda ABŞ, Rusiya, Çin, Hindistan, Birləşmiş Krallıq, Cənubi Koreya, Pakistan, Yaponiya, Fransa və İtaliya dayanır. Qardaş ölkə Türkiyə 11-ci sıradadır.

Qeyd edək ki, reytinqin tərtib olunması zamanı orduların silah sənayesindəki texnoloji inkişafı, maliyyə vəziyyəti, maddi-texniki imkanları və çevikliyi kimi cəhətlər qiymətləndirilir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar