26 
iyn
2023
15:01
327

Qubada məktəbin yaxınlığında quru otlaq sahə yanıb - FOTO

26 iyn, 2023
15:01
327

Qubada məktəbin yaxınlığında quru otlaq sahə yanıb - FOTO

Qubanın Qaraçay kəndində məktəb yaxınlığındakı otluq sahə yanıb, yanğın söndürülüb.

"Den.az" Şimal bürosunun məlumatına görə, yanğın hadisəsi rayonun Qaraçay kəndində qeydə alınıb.

Belə ki, məktəb yaxınlığındakı yol kənarı hissədə yanğın hadisəsi baş verib. Qurumuş 400 m² yabanı otluq sahə yanıb.

Hadisə yerinə Quba Rayon Yanğından Mühafizə Xidmətinin 1 texnikası və 7 nəfərlik canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, yanğının ətraf ərazilərə keçməsinin qarşı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Aydın Adıgözəlov


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar