26 
iyn
2023
18:09
256

Xaçmaz və Şabranda iki nəfər qohumları tərəfindən bıçaqlanıb

26 iyn, 2023
18:09
256

Xaçmaz və Şabranda iki nəfər qohumları tərəfindən bıçaqlanıb

Xaçmaz və Şabran rayonlarında iki nəfər bıçaqlanıb.

Den.az-ın xəbərinə görə, hadisələrdən biri Xaçmazın Çarxı kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1995-ci il təvəllüdlü Bayramov Elyar Cəfər oğlu toy mərasimi zamanı dayısı tərəfindən bıçaqlanıb.

Digər hadisə isə Şabran rayonunun Padar kəndi ərazisində qeydə alınıb. Rayon sakini 1988-ci il təvəllüdlü Fəhlilov Muzəffər Mahmud oğlu torpaq üstündə qohumu tərəfindən bıçaqlanıb.

Hər iki yaralı xəstəxanaya çatdırılıb.

Hadisələrlə bağlı araşdırma aparılır. Report

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar