27 
iyn
2023
10:00
179

Priqojinin təyyarəsi Belarusda ENİŞ ETDİ

27 iyn, 2023
10:00
179

Priqojinin təyyarəsi Belarusda ENİŞ ETDİ

“Vaqner” Xüsusi Hərbi Şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarəsi Belarusun hərbi aerodromlarından birinə eniş edib.

Den.az xəbər verir ki, bu barədə “Belaruski Qayun” monitorinq qrupu məlumat yayıb.

Qeyd edilib ki, Yevgeni Priqojinin biznes-jeti bu gün saat 07:40-da Minsk yaxınlığındakı Maçulişi hərbi aerodromuna eniş edib.
Bildirilib ki, Rusiyadan daha bir biznes-jet saat 07:58-də gəlib.

Xatırladaq ki, daha əvvəl ABŞ Senatının Kəşfiyyat Komitəsinin sədri Mark Uorner Priqojinin Minskdə olmasdı barədə məlumata sahib olduğunu bildirmişdi.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar