29 
iyn
2023
00:14
240

Cəlilabadda avtomobil 80 yaşlı kişini vuraraq öldürüb

29 iyn, 2023
00:14
240

Cəlilabadda avtomobil 80 yaşlı kişini vuraraq öldürüb

Cəlilabad şəhərinin Qurtuluş prospektində 80 yaşlı kişini minik avtomobil vurub.
Den.az "Report"a istinadən Muğan bürosunun məlumatına görə, hadisə zamanı 1943-cü il təvəllüdlü Yaqub Əliyev xəsarət alıb.
Y.Əliyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralıya açıq kəllə küt travması, sağ təpə gicgah nahiyəsinin əzilmiş cırılmış yarası, sağ baldırın orta aşağı açıq qapalı və çoxsaylı sınıqları diaqnozu qoyulub.
Y.Əliyev həkimlərin səyinə baxmayaraq xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar