29 
iyn
2023
00:41
240

Putin: “Rusiyada Qurani-Kərimə hörmətsizlik cinayət sayılır”- FOTO VİDEO

29 iyn, 2023
00:41
240

Putin: “Rusiyada Qurani-Kərimə hörmətsizlik cinayət sayılır”- FOTO VİDEO

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, onun ölkəsində Qurani-Kərimin təhqir edilməsi həm Konstitusiyaya, həm də Cinayət Məcəlləsinə görə cinayət sayılır.
Den.az-ın xəbərinə görə, dövlət başçısı bəzi ölkələrdə Qurana hörmətsizliyin cinayət sayılmadığına diqqət çəkib.
Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərinə səfər edən dövlət başçısı buradakı tarixi məsciddə olub, müsəlmanlarla görüşüb.
Müsəlmanların Qurban bayramını qeyd edən Putinə Quran hədiyyə olunub.
"Quran müsəlmanlar üçün müqəddəsdir, başqaları üçün də müqəddəs olmalıdır. Bu, həm Konstitusiyaya, həm də Cinayət Məcəlləsinə görə cinayətdir. Biz bu qaydalara hər zaman əməl edəcəyik", - Putin hədiyyəyə görə təşəkkür edərək deyib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar