29 
iyn
2023
10:53
174

Ceyhun Bayramov və Mirzoyanın görüşünün sonuncu günündə Blinken də iştirak edəcək

29 iyn, 2023
10:53
174

Ceyhun Bayramov və Mirzoyanın görüşünün sonuncu günündə Blinken də iştirak edəcək

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-də danışıqları başa çatır.

Den.az-ın məlumatına görə, ABŞ dövlət katibi Entoni Blinken iki ölkənin xarici işlər naziri ilə Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində yekun plenar iclasda iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN başçılarının sülh sazişi layihəsi üzrə danışıqlarının növbəti raundu iyunun 27-də başlayıb.
Danışıqların birinci günü ABŞ dövlət katibi Entoni Blinken bağlı qapılar arxasında iki ölkənin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib.

Görüşlərdən sonra Blinken iki ölkənin xarici işlər naziri ilə Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində birinci plenar iclasda iştirak edib. Daha sonra nazirlər danışıqları ikitərəfli formatda davam etdiriblər, danışıqlar fasilələrlə 4-5 saat davam edib.
Danışıqların ikinci günü ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın iştirakı ilə üçtərəfli formatda görüş keçirilib.

Bundan sonra iki ölkənin XİN başçısının ikitərəfli görüşü keçirilib.//Trend

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar