29 
iyn
2023
14:37
233

Sabiq MTN-çi dövlətdən nə istəyir? - “Toyota Carmy”, “Lexus GX 460”...

29 iyn, 2023
14:37
233

Sabiq MTN-çi dövlətdən nə istəyir? - “Toyota Carmy”, “Lexus GX 460”...

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəis müavini, polkovnik Fizuli Əliyev müsadirə olunan bahalı avtomobillərinin qaytarılmasını istəyir.

Den.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, Əliyev Fizuli Zülfüqar oğlu nümayənddəsi vasitəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğu da cəlb olunmaqla, cavabdehlər - Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi və müaviq qurumlarla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Lexus GX 460” markalı 10-AZ-603 dövlət qeydiyyat nişanlı və "Toyota Camry” markalı 90-AA-576 dövlət qeydiyyat nişanlı avtomobillərin üzərindən həbsin götürülməsini istəyib. MTN polkovniki hər iki avtomobilin dövlət nəfinə əvəzsiz müsadirə olunması barədə Bakı Hərbi Məhkəməsinin icra sənədinin icra edilməməsinin tələb edib.

Füzuli Əliyev iddiasını onunla əsaslandırıb ki, sözügedən avtomobillər "ŞAH” MMC-nin adına sənədləşdirilib. Hımin maşınlar MMC-də 2006-cı ildən uğurlu kommersiya fəaliyyəti nəticəsində əldə olunan gəlirlər hesabına alınıb.

Dövlət nümayəndəsi isə onun iddiasını rədd edib. Bildirilib ki, MMC 2006-2007-ci illərdə onun tərəfindən təsis edilməsinə baxmayaraq, həmin şirkətin fəaliyyəti olmayıb. MMC-nin fəaliyyəti olmadığı üçün hər hansı ofisi və işçiləri də olmayıb. "Toyota Camry” markalı avtomobil onun təərəfindən 2013-cü ildə, "Lexus GX 460” isə 2014-cü ildə əldə edilib. Dövlət avtomobillər üçün verilən qeydiyyat nişanını almaq üçün həmin maşınları MMC-nin adına sənədləşdirilib. 

Məhkəmə iddiaçının əmlakın həbsdən azad edilməsi tələbinə dair iddiasını təmin etməyib. 

Qeyd edək ki, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və sair faktlarla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı tamamlanmış cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin hökmü ilə Füzulu Əliyev 14 il azadlıqdan məhrum edilib.


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar