29 
iyn
2023
17:41
720

“Azərbaycan bu məsələni 5 günə, 1 həftəyə tam həll etməsə...” - Polkovnikdən ŞOK XƏBƏRDARLIQ

29 iyn, 2023
17:41
720

“Azərbaycan bu məsələni 5 günə, 1 həftəyə tam həll etməsə...” - Polkovnikdən ŞOK XƏBƏRDARLIQ

“Mən “Qisas” əməliyyatını alqışlayıram. Lakin düşünürəm ki, Azərbaycan ordusu bu əməliyyatları birdəfəlik bitirməlidir”.

Den.az bildirir ki, bunu Musavat.com-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

Polkovnik bildirib ki, erməni hər dəfə bizim əsgərimizə atəş açacaq:

“Separatçılar silahı yerə qoymaq fikrində deyillər. Hərbidə yarımçıq qalan işlər sonradan bəzi problemlərlə müşayiət olunur. Bu məsələlər həll olunub bitirilməsə, separatçılar bizə daha ağır zərbələr vura bilərlər.
Prezident İlham Əliyev mayın 28-də də onlara müraciət etdi. Görünən odur ki, separatçılar Azərbaycana qarşı müqavimət göstərməyə hazırlaşırlar, səngər qazırlar. Bu gün də eyni hərəkətlərini davam etdirirlər”.

Hərbi ekspert xatırladıb ki, təkcə separatçılar deyil, onlara havadarlıq edən qüvvələrin də aktiv fəaliyyəti var:

“Unutmamalıyıq ki, son vaxtlar əsasən Rusiya sülhməramlılarının nəzarət etdiyi mövqelərdən bizə çox ciddi problemlər yaradırlar.
Əsgərimiz yaralananda Azərbaycan komandanlığı ruslara qəti xəbərdarlıq etdi ki, ya əsgərlərinizi separatçıların yanından çəkəcəksiniz, ya da açılacaq atəş nəticəsində sizin hərbi qulluqçularınız da ziyan görəcək. Onlar əsgər və zabitlərini ordan çəkdilər, Azərbaycan artilleriya atəşi ilə həmin separatçıları məhv etdi.

Əsgər və zabitlərimizə atəş açılır, əsgərlərimiz yaralanır. Onların sonrakı mərhələdə ordu sıralarına qayıdıb-qayıtmayacağı isə bilinmir. Şəhidlərimiz olur, biz buna görə rusa təşəkkür etməliyik?

Digər tərəfdən, Rusiyanın əvvəlki imkanları da yoxdur. Ona görə də 5 günə, 1 həftəyə bu məsələni tam şəkildə həll etmək mümkündür”.  

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar