iyl
2023
10:00
104

Qapıları çırpan sürücülər CƏRİMƏLƏNƏCƏK

1 iyl, 2023
10:00
104

Qapıları çırpan sürücülər CƏRİMƏLƏNƏCƏK

Almaniyada Erdmannhausen (Baden-Vürtemberq) bələdiyyəsi yeni cərimələr tətbiq edib.

Den.az xarici KİV-ə istinadən xəbər verir ki, qapını çırpan sürücüləri 80 avro cərimə gözləyir.

Məlumata görə, avtomobillərdən lazımsız səs-küyü tənzimləyən sərəncam şəhər şurası tərəfindən yekdilliklə qəbul edilib.

Bundan əlavə, avtomobil mühərriklərinin lüzumsuz şəkildə açıq qalması, yükləmə-boşaltma əməliyyatları zamanı səs-küy yaradılması, yaşayış binalarının həyətlərində səs siqnallarının verilməsi, həmçinin motosiklet və mopedlərin işə salınması qadağan edilir.
KONKRET.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar