Xəbərin Kateqoriyası: Maraqli məlumatlar

Trampla görüşə gedən Kim Çen havada yolunu dəyişdi

Göyərtəsində Şimali Koreya lideri Kim Çenin Inın olduğu güman edilən "Air China" aviakompaniyasının təyyarəsi uçuş zamanı istiqamətini və reysin nömrəsini dəyişib.

Den.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Rönhap" agentliyi məlumat yayıb.

Agentliyin bildirdiyinə görə, "Boeing-747" layneri Pxenyandan CA122 marşrutu üzrə Pekinə yollansa da, havada ikən reysin nömrəsini CA61-ə dəyişərək Sinqapura yollanıb.

Təyyarədə Şimali Koreya liderinin olub-olmaması məlum deyil, ancaq Kim Çen Inın ABŞ prezidenti Donald Trampla görüşə bu şəkildə yollandığı dəqiqdir.

Qeyd edək ki, iki ölkə liderinin görüşü iyunun 12-si Sentosa adasında yerləşən "Capella" otelində baş tutacaq.

Virtualaz.org onu da xatırladır ki, "Air Koryo" aviaşirkətinin İl-76 yük təyyarəsi bir az əvvəl Sinqapurun "Çanqi" beynəlxalq hava limanında eniş edib.

Təyyarə Sinqapura Koreya Xalq Demokratik Respublikanın lideri Kim Çen Inın şəxsi avtomobillərini gətirib.

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız