iyl
2023
19:56
195

Zərdabda iki ailənin yaşadığı 5 otaqlı ev əşyaları ilə birlikdə yanaraq külə dönüb

1 iyl, 2023
19:56
195

Zərdabda iki ailənin yaşadığı 5 otaqlı ev əşyaları ilə birlikdə yanaraq külə dönüb /FOTO-VİDEO

Yanğın zamanı ev sahibinə ümumilikdə 100 min manatdan çox maddi ziyan dəyib.

DEN.AZ xəbər verir ki,Hadisə rayonun Məmmədqasımlı kəndində kənd sakini 1945-ci il təvəllüdlü Cavadov Hafis Hüseyn oğluna məxsus 350 kv metr 5 otaqdan ibarət kürsülü evdə qeydə alınıb.Belə ki,ev yiyəsi Hafis Cavadov gecə saat 04:00 radələrində evdə yanğın səsinə oyanıb və həyat yoldaşı ilə birlikdə dərhal evi tərk edib.Ev yiyəsi yaxın qonşuları və qohumları yanğını söndürmək üçün köməyə çağırsada alovun şiddətindən evə yaxın düşmək olmayıb.Beləcə bütün ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.Hadisə yerinə FHN-nin Zərdab rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikaı cəlb olunub.Yanğın söndürülüb və qonşu evlərə keçməsinin qarşısı alınıb.Ev yiyəsinin sözlərinə görə yanğın elektrik naqillərində yaranan qısa qapanmadan baş verib və ona ümumilikdə 100 min manatdan çox maddi ziyan dəyib. Yanğın hadisəsi ilə bağlı Məmmədqasımlı kənd icra nümayəndəsi Mətləb Müzəffərov bildirdi ki,rayon icra hakimiyyətinin tapşırığına əsasən komissiya təşkil olunub və komissiyanın rəyindən sonra ətraflı məlumat veriləcək.Hazırda faktla bağlı araşdırma aparılır.














DEN.AZ

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar