iyl
2023
13:50
243

Azərbaycan Avropa Oyunlarında daha bir qızıl medal qazandı

2 iyl, 2023
13:50
243

Azərbaycan Avropa Oyunlarında daha bir qızıl medal qazandı

Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada təşkil olunan III Avropa Oyunlarında qızıl medal qazanıb.
Den.az-ın məlumatına görə, full-kontakt növündə 63.5 kq-da mübarizə aparan idmançı finalda İtaliya təmsilçisi Damiano Salvatore Tramontana ilə üz-üzə gəlib.
Rəqibinə aşkar üstünlüklə - 3:0 qalib gələn kikboksçu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bu, Avropa Oyunlarında Azərbaycan komandasının üçüncü qızıl medalı olub. Daha əvvəl karateçilər İrina Zaretska (68 kq) və Tural Ağalarzadə (67 kq) hamıdan güclü olmağı bacarıblar.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar