iyl
2023
15:51
210

Saatlıda Azərbaycan Polisinin 105 illiyi qeyd edilib

2 iyl, 2023
15:51
210

Saatlıda Azərbaycan Polisinin 105 illiyi qeyd edilib

Saatlıda Azərbaycan Polisinin 105 illiyi münasibəti ilə tədbir keçirilib.
Dün.az xəbər verir ki, tədbirdə Rayon İcra hakimiyyətinin nümayəndələri, rayon ziyalıları və polis veteranları iştirak ediblər. 

Tədbirin əvvəlində Rayon Polis Şöbəsinin şəxsi heyəti Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib. Gənclər Mərkəzində davam edən tədbirdə çıxış edən şöbə rəisi, polis polkovniki Azər Tağıyev 105 illik tarixi olan polisimizin keçdiyi çətin dövrdən, qazanılan uğurlardan danışıb. Bundan sonra da ictimai təhlukəsizliyin qorunmasında polisin xidmətinin daha da artacağını və bu yolda lazım gələrsə canını belə əsirgəməyəcəyini tədbir iştirakçılarının diqqətinə çatdıran polis rəisi, şəxsi heyəti bayram münasibətilə təbrik edib.
Daha sonra çıxış edənlər Azərbaycan Polisinin keçdiyi şanlı tarixdən söhbət açaraq, dövlətçiliyimizin möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizədə polis işçilərinə uğurlar arzulayıblar.
Tədbirin sonunda xidməti vəzifəsində fərqlənən əməkdaşlara mükafatlar təqdim olunub.




Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar