iyl
2023
16:38
124

Goranboyda selin ən çox ziyan vurduğu kəndlərin adı AÇIQLANDI

3 iyl, 2023
16:38
124

Goranboyda selin ən çox ziyan vurduğu kəndlərin adı AÇIQLANDI

Son günlər intensiv yağış və sel bir sıra rayonlara ciddi ziyan vurub. Həmin rayonlardan biri də Goranboydur.

Bəs, baş vermiş sel fəlakətindən Goranboyun hansı kəndləri daha çox ziyan görüb?

Goranboy Rayon İcra Hakimiyyətindən Den.az-ın sorğusuna cavab olaraq bildirildi ki, təbii fəlakətdən ən çox Azad və Dəyirmanlı kəndləri zərər görüb.

“Azad kəndində 5  fərdi yaşayış evinin zirzəmisinə və həyətinə, 15 həyətyanı təsərrüfata və 30 hektar əkin sahəsinə sel dolub. Tələfat və çox ciddi ziyan yoxdur. Dəyirmanlar kənd tam orta məktəbin  zirzəmisinə isə su dolmuşdu”,-deyə qurumdan bildirildi.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar