iyl
2023
10:30
161

Zəlzələ ilə bağlı təcili tibbi yardıma 34 nəfər müraciət edib

4 iyl, 2023
10:30
161

Zəlzələ ilə bağlı təcili tibbi yardıma 34 nəfər müraciət edib

İyulun 4-ü saat 00:01 radələrində qeydə alınan zəlzələ ilə bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 34 nəfər müraciət edib.

Den.az-ın məlumatına görə, TƏBİB-dən bildirilib ki, müraciət edənlərdən 26-sı qadın, 5-i kişi, 3-ü uşaq olub.

Qeyd olunub ki, müraciət edənlərdən 32 nəfərə yerində yardım göstərilib, 2 nəfər isə aidiyyəti üzrə tibb müəssisəsinə təxliyə olunub: “Müraciətlər əsasən arterial təzyiq, stresə qarşı reaksiya, travma, bədənin müxtəlif hissələrində olan ağrılarla bağlı olub”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar