iyl
2023
14:43
237

"Biz kimi və nəyi gözləyirik?" - Arutyunyan Putinə SƏRT MƏKTUB YAZDI

4 iyl, 2023
14:43
237

"Biz kimi və nəyi gözləyirik?" - Arutyunyan Putinə SƏRT MƏKTUB YAZDI

Separatçıların rəhbəri Arayik Arutyunyan Rusiya prezidenti Vladimir Putinə məktub göndərib.

Den.az erməni mediasına istinadən xəbər verir ki, məktubun tam mətni barədə heç bir məlumat verilməsə də, bəzi məsələlər bəlli olub: 

"Düşünürəm ki, sabah biz Rusiya Federasiyasından aydın addımlar görməsək, susmaq ölümə bərabər olacaq... Biz dözə bilməyəcəyik və övladlarımız üçün vulkan kimi partlayacağıq", - məktubda yazılıb.

Arutyunyan separatçıların Ermənistan rəhbərliyinin yox, məhz Putinin sözlərinə güvəndiyini deyib. Kreml rəhbərinin onların Qarabağda təhlükəsiz şəraitdə yaşayacağına dair verdiyi sözü xatırladıb:

"Biz kimi və nəyi gözləyirik. Uşaqlarımız acından öləndən sonra oyanmalıyıq?", - deyə Arutyunyan məktubunu tamamlayıb.

Den.az 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar